image-reklam-veteninfo
image-1backend

Yəmən  İranı silahlı qrupları dəstəkləməkdə ittiham edib

image-reklam-veteninfo

Yəmən prezident şurasının sədri Rəşad əl-Alimi İranı ölkədəki silahlı qruplara dəstək verməkdə və bölgədə sabitliyi pozmaqda ittiham edib. Vətəninfo.az xəbər verir ki, o, bu fikirləri ABŞ-nin Yəməndəki müvəqqəti işlər vəkili Conatan Pessia ilə dünən Ər-Riyadda keçirilən görüş zamanı səsləndirib.

Əl-Alimi bildirib ki, Tehran silah və narkotik qaçaqmalçılığı, eləcə də gəmiçiliyə qarşı təhdidlər yaradan silahlı qrupları dəstəkləməyə davam edir. Onun sözlərinə görə, bu fəaliyyətlər Yəməndə humanitar böhranı daha da dərinləşdirir.

O, habelə ölkənin təhlükəsizlik qüvvələrinin husilər və digər terror qruplaşmalarına qarşı mübarizədə əldə etdiyi uğurlara, eləcə də silah və narkotik daşımalarının qarşısının alınmasında görülən tədbirlərə toxunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki