image-004-04-11-2024-5backend

Yeni müdir müavini BŞTİ-nin kollektivinə təqdim edilib

image-reklam_sirab_01

 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə təyin olunmuş Anar Qədiməliyev kollektivə təqdim edilib.

Tədbirdə MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.

Tədbirdə Nərminə Hüseynova yeni təyinatı münasibətilə Anar Qədiməliyevi təbrik edib, son illərdə təhsilin keyfiyyətinin artırılması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb. N.Hüseynova təhsilin inkişafı məqsədilə reallaşdırılan tədbirləri nəzərə çatdıraraq yeni təyinatın paytaxt təhsilinin uğurlarının artırılmasına töhfə verəcəyinə inandığını bildirib.

Anar Qədiməliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image