image-130c03eb-db05-32fe-8469-50c100059e95_850backend

Yollardakı son vəziyyət – SİYAHI

image-reklam_sirab_01

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Veteninfo.az Agentliyə istinadən xəbər verir ki, hazırda Zəfər Yolunda yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı​ müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Quba – Rusiya ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi – Xızı yolunda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı – Ağsu – Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı – İsmayıllı yolunda yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz- Şəki yolunda yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki – Qax – Zaqatala yolunda yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17 ​ dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt – Astara yolunda marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Lənkəran – Lerik yolunda Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı- Ələt – Hacıqabul – Ucar – Yevlax – Gəncə – Qazax- Gürcüstanla dövlət sərhədində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki