image-fdfggbkbackend

Zəfər Günü ilə bağlı Amnistiya Aktının icrası tam başa çatıb

image-reklam_sirab_01

Ötən il noyabrın 5-də qəbul edilmiş Zəfər Günü münasibətilə amnistiya aktı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür.

Veteninfo.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib.

O qeyd edib ki, Amnistiya Aktının icrası üçün 4 ay müəyyən edilib, martın 5-də isə onun icrası artıq başa çatıb.

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib ki, Zəfər Günü ilə bağlı imzalanan Amnistiya Aktı ümumilikdə 15 450 nəfərə tətbiq olunub.

O qeyd edilib ki, 8626 nəfər cəzadan azad edilib, 6489 nəfərin cəzası azaldılıb, 332 nəfərin cinayət təqibinə xitam verilib.

Malik Ələkbərov onu da deyib ki, Amnistiya aktı 735 qadına, 45 yetkinlik yaşına çatmayana, 491 nəfər 60 yaşına çatmış şəxsə, 83 əcnəbi vətəndaşa şamil edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image