image-reklam-veteninfo
image-ilhambackend

Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası-NAHİD CANBAXIŞLI YAZIR

image-reklam-veteninfo

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi tarixi inkişaf yolunun təhlili, gələcək hədəfləri və qlobal müstəvisindəki mövqeyinin müəyyənləşdirilməsi baxımından mühüm proqram xarakteri daşıyır. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil siyasətinin, əldə olunan tarixi qələbələrin və qarşıda duran strateji vəzifələrin mahiyyətini bir daha göz önünə sərir.

Prezident İlham Əliyev çıxışında xarici siyasətin qurulmasında əsas prinsipin müstəqillik və kənar müdaxilələrin qətiyyətsizləndirilməsi olduğunu vurğulayaraq əlavə edib: “Xarici siyasətimizi elə qurmalıyıq ki, hiç kim bizim işimizə müdaxilə etməsin”. Bu yanaşma Azərbaycanın heç bir kənar təsirə boyun əymədiyini və suveren qərarlar qəbul etmək əzmində olduğunu nümayiş etdirir.

Məhz bu prinsipial və qətiyyətli siyasətin nəticəsidir ki, bugün Azərbaycan beynəlxalq arenada böyük hörmətə layiq olan bir ölkədir. Ölkəmiz regional və qlobal məsələlərdə haqlı olaraq söz sahibi olan etibarlı tərəfdaş kimi qəbul edilir. Eyni zamanda, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində də Azərbaycanın mühüm və birləşdirici rol oynadığı xüsusi qeyd olunur.  Azərbaycanın əldə etdiyi şanlı Qələbə dünya tarixində unikal səhifədir. Dövlətimizin başçısı qeyd edib ki, biz dünyada presedenti olmayan qələbə qazandıq: “Üstəlik, bir daha təkrar edirəm, təkbaşına. Bu qələbə Azərbaycan xalqının gücünü, ordumuzun qüdrətini və dövlətin iradəsini bütün dünyaya sübut etdi”.

“Zəfərdən sonra yaranan yeni reallıqlar fonunda bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur”-deyə vurğulan Azərbaycan prezidneti, çıxışında qeyd edib ki, ölkəmiz regionda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Bununla belə, təhlükəsizliyin qorunması və gələcək risklərin qarşısının alınması üçün hərbi qüdrətin artırılması daim diqqət mərkəzindədir: “Əsas vəzifələrdən biri hərbi qüdrətimizin artırılmasıdır. Bu, hər zaman, hər bir ölkəyə lazımdır. Çünki xalqımız bu faciə ilə üzləşib”.  “Müstəqilliyin təməl daşlarından biri də iqtisadi özünü təminetmə qabiliyyətidir”-deyən dövlətimizin başçısı bildirmişdir ki, biz iqtisadi müstəqilliyi büsbütün təmin etmişik və bu gün beynəlxalq cəmiyyətin olduqca nüfuzlu üzvüyük və taleyimiz öz əlimizdədir.  “Güclü iqtisadiyyat Azərbaycanı günümüzdə çox ciddi geosiyaset və təhlükəsizlik faktoruna çevirib. Dövlətin malik olduğu bu güc həm də ölkə daxilində quruculuq işlərinin miqyasını genişləndirməyə imkan verir”-deyən Azərbaycan Prezidenti vurğilayıb ki, xüsusilə, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi ilə bağlı qarşıya qoyulan hədəf olduqca böyükdür: “Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.  Azərbaycan dövlətinin və xalqının mövqeyi hər zaman açıq, dürüst və ədalətli prinsiplərə söykənir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim üstünlüyümüz odur ki, bəzi ölkələrdən fərqli olaraq, bizim əfsanələr yaratmağa ehtiyacımız yoxdur. Azərbaycan hər zaman reallıqlara, ədalətə və həqiqətə əsaslanan siyasət yürüdür.  Bütün bu nailiyyətlər cəmiyyətdə dərin qürur və həmrəylik hissi yaradır. Prezidentin qeyd etdiyi kimi: “Hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən bu tezislər Azərbaycanın gələcək inkişaf vektorunu müəyyənləşdirən mühüm strateji xəritədir. Güclü iqtisadiyyat, sarsılmaz hərbi qüdrət, müstəqil xarici siyasət və xalq-iqtidar birliyi Azərbaycanın parlaq gələcəyini və qlobal müstəvidəki mövqeyini bundan sonra da daha güclü şəkildə qoruyacağının təminatıdır.

image-canbaxisle1-jpg

Nahid Canbaxışlı                                                                                                         “Vətəninfo.az İnformasiya Agentliyi”nin baş redaktoru                                                  “Jurnalistlər Ekstremal Şəraitdə”İctimai Birliyinin sədri




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki