Ukraynanın keçmiş müdafiə naziri Rustem Umerov bu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Vətəninfo.az -Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı sərəncama istinadən xəbər verir.
Umerovun təyinatından əvvəl Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko olub, onun vəzifədən azad edilməsi barədə bu gün, iyulun 18-də prezident tərəfindən imzalanıb. Eyni zamanda, prezident digər sərəncamla Umerovu bu vəzifəyə təyin edib.
Bundan əlavə, Zelenski həm də Ukrayna danışıqlar qrupunun rəhbəri olan Umerovla görüşüb və ona İstanbulda danışıqlar prosesini aktivləşdirməyi tapşırıb. Zelenski həmçinin Umerova silah tədarükü məsələsində həmkarları ilə işi davam etdirməyi tapşırıb.