image-reklam-veteninfo
image-1backend

Zelenski kimə şans verəcək?

image-reklam-veteninfo

Ukrayna prezidenti Volodimir Zelenski yeni administrasiya rəhbərini təyin etmək üçün namizədlərin adlarını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, Ukrayna mətbuatında yer alan xəbərlərə görə, potensial namizədlər arasında Müdafiə Naziri Denis Şmıqal, Baş nazirin birinci müavini və Rəqəmsal Transformasiya Naziri Mixaylo Fedorov, Xarici İşlər Nazirinin birinci müavini Serhiy Kışlitsa, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Prezident Administrasiyası rəhbərinin müavini Paşavelli yer alır.

Zelenskinin keçmiş ofis rəhbəri Andrey Yermak, Ukraynada baş verən böyük korrupsiya qalmaqalı səbəbindən digər yüksək vəzifəli məmurlarla birlikdə vəzifəsindən azad edilmişdi.

Yeni təyinatın kimə veriləcəyi isə hələlik aydın deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki