image-reklam-veteninfo
image-1backend

Zelenski müharibənin mümkün sonunu açıqladı: Ukrayna 25 “Patriot” sistemi əldə edir

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiya ilə müharibənin mümkün sona çatmasına daha da yaxınlaşıb. Vətəninfo.az xəbər verir ki. bu barədə UNIAN məlumat yayıb.

Zelenskinin sözlərinə görə, bu irəliləyiş əsasən ABŞ Prezidenti Donald Trampın səyləri ilə əlaqədardır.

“Ukrayna artıq üç ildən çoxdur ki, Rusiya ordusu ilə müharibə vəziyyətindədir. Belə bir münaqişə qısa müddətdə başa çata bilməz. Lakin bu gün dünyada müharibənin dayandırılması üçün güclü siyasi iradə formalaşıb”, – deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna 25 ədəd “Patriot” hava hücumundan müdafiə sistemini almaq üçün müqavilə hazırlayır. Onun sözlərinə görə, bu sistemlərin tədarükü bir neçə il ərzində həyata keçiriləcək və sistemlər istehsalla paralel olaraq Ukraynaya ötürüləcək.

Bununla yanaşı, Zelenskinin qeyd etdiyinə görə, əgər siyasi iradə olarsa, Ağ Ev bu tədarükü sürətləndirməyə qadirdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki