image-reklam-veteninfo
image-1backend

Zelenski: “Rusiya müharibəni qazanmayıb, biz də uduzmarıq”

image-reklam-veteninfo

Ukrayna Prezidenti Vladimir Zelenski, ölkəsinin müharibə vəziyyətinə dair açıqlama verərək, Ukraynanın bu müharibədə heç vaxt məğlub olmayacağını və Rusiya ordusunun qalib gəlməyəcəyini bəyan edib.Vətəninfo.az xəbər verir ki,  Zelenski, bu fikirlərini NBC News jurnalistinin sualına cavab olaraq bildirib.

Zelenski vurğulayıb ki, Rusiya ordusu hazırda zəif vəziyyətdədir və bu, müharibə müddətində əldə olunan ərazilərlə aydın şəkildə görünür. O qeyd edib ki, Rusiya 1,3 milyon insan itirib, amma yalnız 1 faiz Ukrayna torpağını işğal edib. Bu, onun fikrincə, bu qədər ərazi üçün çox böyük bir qiymətdir.

Ukrayna Prezidenti, Vladimir Putinin məqsədinin yalnız ərazi qazanmaq olmadığını bildirib. Zelenskiyə görə, Putin Ukraynanın müstəqilliyini və suverenliyini məhv etməyi hədəfləyir. “Putinə torpaqlar yox, Ukraynanın müstəqilliyi lazımdır” – deyə Zelenski vurğulayıb.

O, həmçinin bildirib ki, Rusiya ordusu döyüş meydanında qalib gələ bilmir və bu səbəbdən də hava terrorunu artırır. Rusiya gündəlik olaraq Ukraynaya minlərlə dron və raket atır. Zelenski, Ukraynanın bu təhlükəsizliyi dəf etmək üçün hava müdafiəsi və uzaqmənzilli raketlərə ehtiyacı olduğunu, çünki Ukraynalılar özlərini necə hiss edirlərsə, Rusiyanın da eyni hissləri yaşaması lazım olduğunu əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki