Ağ Ev Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Ermənistanla fəal işləyir və hər iki ölkəyə təklif irəli sürülüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Karnegi Fondunun hesabatında deyilir.
Xəbərdə deyilir ki, bu təklifə əsasən, Amerika şirkəti dəhlizin neytral qarantı kimi çıxış edə bilər.
Ermənistan Xarici İşlər Nazirliyi Karnegi Fondunun hesabatınındakı məlumatı təkzib etməyib. Nazirlik cavabında bildirib ki, regional kommunikasiyaların açılması Ermənistan üçün prioritet məsələdir və bu səbəbdən müxtəlif ölkələrlə layihələr üzrə müzakirələr aparılır.