image-kerem-mehdiyevbackend

25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad olundu!

image-reklam_sirab_01

Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Kəlbəcər rayonudur. “Kəlbəcər”sözünün mənşəyi qədim türk dilində (ilkin forması Kevilçer kimi qəbul edilib) “çay üstündə qala ”deməkdir. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camış dağındadır. Burada ərazinin çox hissəsini meşəlik təşkil edir. Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

1998-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumuna dözə bilmədi, işğal olundu. Bu fürsəti əldən buraxmayan düşmənlər ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Beləliklə,1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. İşğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə adam şikəst oldu.

1933-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yeriə yetirilməyib.

2020-ci il 15 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Ermənistan əhalisi məğlubiyyətlə barışa bilməyərək bölgədə ekoloji terror həyata keçirmişlər.

Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edildi. Azərbaycan Respublikasının Silahlı qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.

Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.

2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırdı. Prezident İlham Əliyevin fikri: “Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Ermənistan tərəfi beynəlxalq hüququn tələbinə uyğun olaraq vurulmuş ziyani ödəməyə məcbur ediləcək.

Müharibə bir daha göstərdi ki, kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”

 

Suraxanı rayonu, Nazim Rəfiyev adına

104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki