image-1-15backend

3 dekabr Əlillər günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər həyata keçirilib.

image-reklam_sirab_01

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə dövlət tərəfindən böyük diqqət göstərilir.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir. Fondun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür. Nəsimi rayon İcra Hakimiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir. Belə ki, il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı bir sıra  tədbir təşkil olunur.

Beynəlxalq Əlillər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 250 nəfər rayon sakini olan 1941-1945-ci il Böyük Vətən Müharibəsi əlillərinə, 20 yanvar əlilliərinə, Çernobıl əlillərinə, Gözdən əllilərə, ümumi səbəbdən olan əllilərə və  Nəsimi rayon ərazisində yaşayan müxtəlif dərəcəli aztəminatlı əlil ailələrinə ərzaq bağlamaları təqdim edilmişdir.

Eyni zamanda rayonunda Beynəlxalq Əlillər günü münasibətilə silsilə tədbirlər çərçicəsində  Nəsimi Rayon İcra Hakimiyyəti  təşkilatçılığı ilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən  268 nömrəli xüsusi məktəbin  uşaqları ilə  süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb.  Sonra 100 nəfər məktəbliyə hədiyyələr təqdim edilib. Görüşdə  məktəb rəhbərliyi  xüsusi qayğıya ehtiyacı olan uşaqlar adından Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya hər zaman göstərdikləri qayğıya, diqqətə görə dərin minnətdarlığını bildirmişdir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki