image-01-2backend

31 dekabr- Dünya Azərbaycalıların Həmrəyliyi günü və yeni il münasibəti ilə Nəsimi rayonunda bayram sovqatları paylanmışdır.

image-reklam_sirab_01

Bu gün Müstəqil ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübüt olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Respublikamızın hər bir yerində olduğu kimi, Nəsimi rayonunda da yaşayan, Vətən müharibəsi Şəhid ailələrinə və əlillərinə maddi yardım, ərzaq bağlamalrı, müharibə iştirakçılarına və digər aztəminatlı ailələrə ümumilikdə 500-dən yuxarı ailəyə rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunmuşdur.
Maddi yardım və ərzaq bağlaması təqdim olunan ailələr göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki