ABŞ-ın Missuri ştatında üç qətldə təqsirli bilinən 62 yaşlı Kevin Striklend 42 ildən artıq həbsxanada yatdıqdan sonra bəraət qazanıb və azadlığa buraxılıb.
Veteninfo.az xəbər verir ki, bu barədə BBC agentliyi məlumat yayıb.
Missuri qanunlarına görə, Striklend səhvə görə kompensasiya belə ala bilməyəcək.
Kevin Striklend 1978-ci ildə 18 yaşında həbs olunduqdan sonra günahsız olduğunu bildirib. Striklend 15487 gün həbsdə yatdı. Lakin bu yaxınlarda günahsız yerə məhkum edilmiş şəxslərin hüquqlarını qorumaq məqsədi daşıyan “Missouri Innocence Project” qrupunun səyləri ilə ittihamlar yenidən mühakimə olunub və Striklendə qarşı çıxarılan hökm ləğv edilib.
ABŞ-da 1989-cu ildən bəri ləğv edilən cəzaların qeydlərinə görə, Striklend ölkədə indiyə qədər ən uzun müddətdir haqsız yerə həbs edilən insanlardan biri olub.
25 aprel 1978-ci ildə Kanzasda ev oğurluğu zamanı ölənlərin sayına görə ittiham edilən Striklend 1979-cu ildə məhkəmədə 50 il müddətinə şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.