image-photo-2021-12-26-12-33-02backend

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunu tamamilə darmadağın etdi.

image-reklam_sirab_01

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur… Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.

 

Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınma­sı gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

 

Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaq­dan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi.

 

Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quru­culuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

Məhv edilən hərbi texnika:

– 53 dənə tank əleyhinə vasitələr;

– 4 dənə “Smerç”;

– 97 dənə “Qrad”;

– “Uraqan” – 2, “YARS” – 1, TOS odsaçan – 1, “S-300” zenit-raket kompleksləri – 7 atıcı qurğusu;

– 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası;

– “Oborona” radiolokasiya stansiyası – 1;

– “TOR” zenit-raket kompleksi – 5 dənə;

– “Osa” zenit-raket kompleksi – 40 dənə;

– “KUB” zenit-raket kompleksi – 4 dənə;

– “KRUQ” zenit-raket kompleksi – 1 dənə;

– “S-125” zenit-raket kompleksi – 2 dənə;

– Pilotsuz uçuş aparatları – 22 dənə;

– “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2;

– Ballistik raket – 1, “Toçka-U” raket kompleksi – 1, radioelektron mübarizə vasitələri – 5 dənə, “Nebo-M” radiolokasiya stansiyası – 1 dənə, müxtəlif radiolokasiya stansiyaları – 7 dənə

BÜTÜN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ELƏSİN.

Hümbətli Firuzə–ADPU


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki