“Bu günlərdə özünə toy edən 67 yaşlı istefada olan general-mayor Nazim Əliyev əslən Ağdamın Quzanlı kəndindəndir. Atası Tələt Əliyev kəndin hörmətli nəslinin nümayəndəsidir. Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır. “ – bu fikirləri tanınmış jurnalist Elman Cəfərli bildirib.

Jurnalist bildirib ki, Quzanlı qəbristanlığında olan bu məzar isə böyük ziyalı, təbib, tərcüməçi, şair Mirzə Salehindir.
“Göründüyü kimi məzar baxımsız qalıb, sinə daşı yoxdur. Bərpa edilməsinə ehtiyac yaranıb. Nazim müəllim özünə toy edib, gənc xanımla ailə qurub, xoşbəxt olsunlar. Dinimiz də buyurub ki, subay adam evlənməlidir. Amma yaxşı olar ki, Nazim müəllim daha bir savab iş görərək bu məzarı təmir etdirsin. İstefada olan generalın, sabiq rektorun yəqin o məzarı bərpa etdirməyə maddi imkanı çatar. Qeyd edim ki, Tehranda təhsil almış məşhur təbib Mirzə Saleh 1918–1920-ci illərdə Qarabağda və Zəngəzurda erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə də iştirak edib və yaralanıb. Eyni zamanda milli ordunun əsgərlərinə tibbi yardım göstərib. Türk, fars, ərəb, fransız və rus dillərini sərbəst bilən böyük ədib ədəbi yaradıcılıqla da məşğul olub. 6 cildlik “Azərtürkcə yeni dolu sözlüy”ün müəlifidir. Yazdığı “Divan”da şairin qəzəlləri və rübailəri, həmçinin Məhəmməd Füzulinin fars dilində yazılmış şeirlərinin tərcümələri toplanıb.”– deyə Elman Cəfərli əlavə edib.


























