image-agstafada-zefer-gunu-2backend

8 Noyabr – Zəfər Günü Ağstafada silsilə tədbirlələ qeyd olunub

image-reklam_sirab_01

 

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı ilə xalqımıza bəxş etdiyi tarixi Zəfərin birinci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.

Öncə rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, Azərbaycanın xilaskarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Şəhidlər Xiyabanı eləcə də digər yaşayış məntəqələrində şəhidlərin məzarları ziyarət olunub, ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş oğullarımızın məzarları üstünə tər qərənfillər düzülüb.

Sonra Ağstafa şəhərinin mərkəzində yaradılmış “Şəhid” Memorial Kompleksində vətən uğrunda şəhid olmuş 218-nəfər ağstafalının xatirəsinə hazırlanmış abidə lövhəsinin açılışı olub.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ağstafalı Vətən müharibəsi şəhidlərinin fotolarından ibarət “Keçən günlər müqəddəs bir xatirədir” adlı sərgi nümayiş etdirilib, yerli idmançıların iştirakı ilə bir sıra idman yarışları təşkil olunub.

Rayonun müvafiq ərazilərində müxtəlif növ ağaclar əkilərək ağacəkmə aksiyası təşkil olunub.

27 Sentyabr – Anım Günündə olduğu kimi 8 Noyabr – Zəfər Günündə də ağstafalı yeniyetmə və gənclər bir araya gələrək hazırladıqları növbəti möhtəşəm fləşmoblarını təqdim ediblər. Bu dəfə onlar şanlı tariximizin “8 Noyabr – Zəfər Günü” qızıl cümləsini öz kompozisiyaları ilə nümayiş etdiriblər.

Əsas bayram tədbiri isə Heydər Əliyev Mərkəzinin önündə keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki