image-reklam-veteninfo
image-timthumb-1backend

Abbas Əraqçi  danışıqların ləğv edilməsi ilə bağlı xəbərləri təkzib etdi

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların ləğv edilməsi barədə məlumatları təkzib edib.

Vətəninfo.az xəbər verir ki, İranlı nazir bu barədə özünün Facebook səhifəsində yazıb.

“İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların cümə günü, təxminən saat 10:00-da Maskatda keçirilməsi planlaşdırılır. Bütün lazımi tədbirləri gördüyünə görə Oman qardaşlarımıza təşəkkür edirəm”, – deyə Əraqçi qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl “Axios” qəzetinin jurnalisti Barak Ravid 6 fevralda Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunduğunu bildirmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki