ABŞ-da 12-15 yaş arası yeniyetmələr arasında “Pfizer” və “BioNTech” şirkətlərinin koronavirusa qarşı peyvəndinin əlavə (“buster”) dozalarının kütləvi istifadəsinə icazə verilib.
Bu barədə ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti məsələləri üzrə İdarəsi bildirib. Qeyd olunub ki, İdarə “Pfizer” və “BioNTech” şirkətlərinin COVID-19-a qarşı peyvəndinin fövqəladə hallarda istifadəsinə dair qərarına dəyişiklik edib. Bu, “12-15 yaşda şəxslər də daxil olmaqla, bir “buster” dozanın daha geniş istifadəsini” nəzərdə tutur.
İdarə mütəxəssisləri, həmçinin “Pfizer” və “BioNTech” ilə ilkin peyvəndləmə ilə “buster” dozanın vurdurulması arasındakı müddəti ən azı beş aya qədər azaltmağa da icazə verib.