image-reklam-veteninfo
image-1backend

ABŞ: “İnternetin kəsilməsi  İrana gündə milyonlarla dollar ziyan vurur” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən ABŞ Dövlət Departamenti farsdilli “X” hesabında İranda davam edən internet kəsintilərinə münasibət bildirib.

Departament bu addımı qəsdən atılmış və cəmiyyəti nəzarətdə saxlamağa yönəlmiş siyasət kimi dəyərləndirərək, İslam Respublikasının interneti “xalqı susdurmaq və yoxsullaşdırmaq üçün bir vasitə” kimi istifadə etdiyini açıqlayıb.

Paylaşımda vurğulanıb ki, internetin gündəlik kəsilməsi və ya tamamilə bağlanması İran iqtisadiyyatına hər gün 37 milyon dollardan çox ziyan vurur, biznes fəaliyyətlərini iflic edir və ailələr üzərində maliyyə təzyiqini artırır.

Departament, habelə, bildirib ki, İran xalqı internetə çıxışdan və iqtisadi imkanlardan məhrum edildiyi halda, İslam Respublikasının rəsmiləri yalan məlumat paylaşmaq və hakimiyyətdə qalmaq üçün internetdən istifadə etməyə davam edirlər. Qeyd olunub ki, internetin bağlanması rəsmi Tehranın abad və şüurlu İrandan çox qorxduğunu açıq göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki