image-reklam-veteninfo
image-1backend

ABŞ,  İsrail və  Səudiyyə  İrana hücum məsələsini müzakirə edib

image-reklam-veteninfo

Bu həftə ABŞ administrasiyası Vaşinqtonda İsrail və Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı mümkün hərbi addımlar və regional təhlükəsizlik məsələlərini müzakirə edib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, “Axios” nəşri məlumat yayıb.

İsrail və Səudiyyə Ərəbistanı nümayəndələri Tehrandan gələn təhdidlər fonunda kəşfiyyat məlumatlarının mübadiləsi və növbəti addımların koordinasiyası məqsədi ilə ABŞ-yə yollanıblar.

Bildirilir ki, 27–28 yanvar tarixlərində İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) rəhbəri Şlomi Binder Vaşinqtonda Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və Ağ Evin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirərək İranla bağlı kəşfiyyat məlumatlarını təqdim edib.

Səudiyyə Ərəbistanı mümkün müharibənin qarşısını almaq üçün diplomatik həll yollarını müzakirə etməyə çalışır. 29–30 yanvar tarixlərində vəliəhd şahzadə Məhəmməd bin Salman və krallığın müdafiə naziri Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlər keçirəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki