image-abs-konqresbackend

ABŞ Konqresinin Nümayəndələr Palatasından ermənipərəst addım-ÜÇ DÜZƏLİŞ QƏBUL EDİLDİ

image-reklam_sirab_01

 

 

ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü il büdcə ili üçün Milli Təhlükəsizlik Ayrılmaları Aktına ermənipərəst daha üç düzəliş qəbul edib.

Vətəninfo.az xəbər verir ki, Konqresin NP-sı yenə rəsmi Bakını qıcıqlandıracaq addım ataraq, Azərbaycan hökumətini erməni hərbi əsirləri və mülki şəxsləri dərhal azad etməyə çağıran 611-ci düzəliş qəbul edilib. Əlavənin müəllifi isə həmişəki kimi,ermənipərəst konqresmen Adam Şiffdir.
Bundan əlavə, Konqresin Erməni Məsələləri Komitəsinin həmsədri Ceki Spirin təqdim etdiyi düzəliş ABŞ Dövlət Departamentini Bayden administrasiyasının “Azadlığa Dəstək Aktı” 907 saylı Düzəlişdən yenidən keçməsinin səbəblərini sənədləşdirən hesabat təqdim etməyə çağırıb. . Əlavədə Spir həmçinin tələb edib ki, təqdim olunacaq hesabatda Amerikanın Azərbaycana göstərdiyi dəstəyin Azərbaycanın Rus Sülhməramlı qüvvələrinin nəzarəti altında olan Xankənid şəhərindəki separatçılara sülh prosesində zərər vurmaması ilə bağlı məlumat, habelə Azərbaycanın Ermənistana qarşı hücum gücündən istifadə etməsinin qiymətləndirilməsi barədə məlumat yer alsın.

Məlumata görə, Nümayəndələr Palatası həmçinin konqresmenlər Frank Pallon, Chris Pappas və Qus Bilirakis tərəfindən ABŞ hərbi F-16 qırıcılarının və onların təkmilləşdirilmiş avadanlıqlarının Türkiyəyə satışının məhdudlaşdırılmasını nəzərdə tutan düzəlişi də qəbul edib.

Qeyd edək ki, bundan əvvəl, iyulun 13-də Nümayəndələr Palatası yenə də Azərbaycana qarşı mənfur bir mövqe sərgiləyərək,ermənipərət konqresmenlərin diqtəsi ilə  Milli Təhlükəsizliyə Ayrılmalar Qanununa Azərbaycanın hərbi cinayətləri ilə bağlı hesabat tələb edən 121 saylı əlavəni qəbul edib. Qəbul edilən  121-ci düzəlişdə  Dövlət Departamentindən və Müdafiə Departamentindən Azərbaycanın 2020-ci ildə  44 günlük müharibə zamanı istifadə olunan türk pilotsuz təyyarələrinin Amerika istehsalı olan hissələrdən istifadə edib-etmədiyi barədə hesabat təqdim etməyi tələb edir. Bundan əlavə, hesabatda Azərbaycanın  müharibə zamanı  ağ fosfor, kaset bombaları və digər qadağan olunmuş silahlardan istifadə etməsi, Türkiyə və Azərbaycan tərəfindən xarici terrorçu muzdluların müharibəyə cəlb edib-etməməsi ilə bağlı məlumatların da təqdim edilməsi qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki