image-reklam-veteninfo
image-1backend

ABŞ Maduronu Çinə mesaj göndərmək məqsədi ilə qaçırdıb – Reuters

image-reklam-veteninfo

Reuters agentliyi yazır ki, Venesuela prezidenti Nikolas Maduronun qaçırılması ilə nəticələnən ABŞ hərbi əməliyyatının məqsədlərindən biri Çinə “Amerikadan uzaq durun” mesajı göndərmək idi .

Agentlik yazır ki, Pekin ən azı iyirmi ildir ki, Latın Amerikasında təsirini artırmağa çalışır və bu, təkcə iqtisadi imkanlar qazanmaq üçün deyil, həm də əsas geosiyasi rəqibinin sərhədində strateji mövqe tutmaq üçündür.

Tramp administrasiyasının bir neçə rəsmisi Reuters agentliyinə bildirib ki, ABŞ prezidentinin Maduroya qarşı hərəkətləri qismən Çinin ambisiyalarına qarşı çıxmaq məqsədi daşıyır və Pekinin Venesueladan ucuz neft əldə etmək üçün borc vəsaitlərindən istifadə etdiyi günlər geridə qalıb.

Vaşinqtondakı Çin səfirliyi ABŞ-ın birtərəfli, qanunsuz və aqressiv hərəkətlərini rədd etdiyini bildirib. “Çin və Latın Amerikası və Karib ölkələri dostluq mübadilələri və əməkdaşlıqlarını davam etdirirlər. Vəziyyət necə inkişaf etməsindən asılı olmayaraq, biz dost və tərəfdaş olaraq qalacağıq”, – səfirliyin sözçüsü Liu Pengyuan bildirib.

Administrasiya rəsmilərindən biri qeyd edib ki, “Çin Qərb yarımkürəsindəki mövqeyindən narahat olmalıdır” və əlavə edib ki, regiondakı tərəfdaşları getdikcə Çinin onları qoruya bilmədiyini anlayırlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki