image-reklam-veteninfo
image-1backend

ABŞ Qrenlandiyanın bəzi hissələri üzərində suverenlik əldə edə bilər – NYT

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiyanın gələcəyi ilə bağlı çərçivə razılığına gəldiyini açıqlayıb. The New York Times qəzetinin məlumatına görə, bu razılaşma Danimarkanın Qrenlandiyada müəyyən ərazilər üzərində ABŞ-a suverenlik verməsi ehtimalını gündəmə gətirir.

Nəşr yazır ki, NATO rəsmilərinin iştirak etdiyi görüşdə Danimarkanın Qrenlandiyanın kiçik torpaq sahələri üzərində ABŞ-a suverenlik verməsi və həmin ərazilərdə ABŞ hərbi bazalarının inşa olunması məsələsi müzakirə edilib. Məlumatı müzakirələrlə tanış olan üç yüksək vəzifəli məmur təsdiqləyib.

Jurnalist mənbələrinin bildirdiyinə görə, bu ideya NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülüb. Görüşdə iştirak edən iki rəsmi planı Britaniyanın Kiprdə yerləşən hərbi bazaları ilə müqayisə edib. Bu səbəbdən təşəbbüs mediada “Kipr ssenarisi” kimi təqdim olunur.

Rəsmilər bu ideyanın Trampın əvvəldən elan etdiyi planın tərkib hissəsi olub-olmadığına əmin olmadıqlarını bildiriblər. Məsələ ilə bağlı şərh verən NATO isə qeyd edib ki, Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqlar Rusiya və Çinin Qrenlandiyada iqtisadi və ya hərbi mövqe tutmasının qarşısını almaq məqsədilə davam edir.

Qeyd olunur ki, çərçivə sazişi ilə bağlı xəbərlər Trampın Davosda etdiyi sərt açıqlamalardan qısa müddət sonra yayılıb. ABŞ prezidenti çıxışında Qrenlandiyanın mülkiyyətindən başqa heç bir variantı qəbul etməyəcəyini bildirib və istədiyini əldə etmədiyi təqdirdə Avropanı ağır iqtisadi və təhlükəsizlik nəticələri ilə hədələyib.

Donald Tramp dəfələrlə vurğulayıb ki, ABŞ-ın milli təhlükəsizliyi üçün Qrenlandiya strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Qrenlandiyanı xarici təhdidlərdən qorumaq gücünə yalnız ABŞ malikdir. Bununla yanaşı, Tramp hərbi gücdən istifadə etməyəcəyinə zəmanət versə də, yenidən tariflərin tətbiqi ehtimalını istisna etməyib.

Danimarka parlamentinin müdafiə komitəsinin sədri Rasmus Jarlov Trampın açıqlamalarına münasibət bildirərək deyib:
“Onun hərbi gücdən istifadəni istisna etməsinə şadam. Bu gün dediklərində xüsusi gərginlik görmədim. O, Qrenlandiyanı istədiyini deyir, amma bu yeni deyil. Biz isə hələ də Qrenlandiyadan imtina etməyəcəyimizi bildiririk”.

Bununla belə, The New York Times qeyd edir ki, Tramp Davosdakı çıxışında kompromis üçün demək olar ki, heç bir manevr sahəsi qoymayıb. Bir sıra Avropa liderləri Qrenlandiyanın mülkiyyətinin ABŞ-a verilməsinin mümkün olmadığını desələr də, Amerikanın regiondakı mövcudluğunu genişləndirən digər razılaşmaları müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Lakin Tramp bu variantları kifayət hesab etmir:
“Onu qorumaq üçün mülkiyyət hüququnuz olmalıdır. Lisenziya və ya icarə müqaviləsini kim qorumaq istər ki?” – deyə ABŞ prezidenti vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki