image-reklam-veteninfo
image-1backend

ABŞ senatoru Lindsi Qraham: “Ayətullahı qorumaq səhvdir”

image-reklam-veteninfo

Amerikalı senator Lindsi Qraham Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqton və Tehran arasında hazırda müharibə təhlükəsinin olmadığı barədə açıqlamasını kəskin tənqid edib.

Vətəninfo.az xəbər verir ki, Qraham “X” sosial şəbəkəsində yazıb ki, bəzi region ölkələrinin İran rejiminin hakimiyyətdə qalmasını qəbul etməsi yanlış və təhlükəli yanaşmadır.

“Sözdə regional müttəfiqlərimizə deyirəm: İran xalqının göstərdiyi bütün müqavimətdən sonra Ayətullahı və onun qatil rejimini hakimiyyətdə saxlamağın yaxşı fikir olduğunu düşünürsünüzsə, illüziyalar dünyasında yaşayırsınız”, – senator vurğulayıb.

O, həmçinin Türkiyə, Qətər, Misir və digər ölkələri də tənqid edərək bildirib ki, status-kvonu qorumaq və İran xalqının ədalətli tələblərini görməzdən gəlmək həm ABŞ-ın milli təhlükəsizlik maraqlarına, həm də insani dəyərlərə ziddir.

Qraham Donald Trampın sözlərinə də istinad edərək əlavə edib: “Etiraz etməyə davam edin, kömək yoldadır…” Senator paylaşımını “İrana azadlıq” ifadəsi ilə yekunlaşdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki