image-54ecf54a-07a1-3fef-8309-6e361c00eeac_850backend

ABŞ və Cənubi Koreya səkkiz raketi sınaqdan keçirib

image-reklam_sirab_01

ABŞ və Cənubi Koreya səkkiz raketi sınaqdan keçirib.

Bu barədə “Report” “Yonhap” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu, Şimali Koreyanın raket sınaqlarına cavab idi.

Məlumata görə, yerli vaxtla saat 4:45-dən 4:55-dək (Bakı vaxtı ilə bazar günü saat 23:45-dən 23:55-dək) ​​səkkiz raket müxtəlif hədəflərə doğru buraxılıb.

“ABŞ və Cənubi Koreyanın birgə “yer-yer” raketlərinin buraxılması təxribat mənbələrinə dərhal dəqiq zərbələr endirmək qabiliyyətini və hazırlığını nümayiş etdirdi”, – Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib.

Qeyd edək ki, dünən Yaponiya, ABŞ və Cənubi Koreya hökumətlərinin yüksək rütbəli nümayəndələri telefon danışıqları aparıblar, onlar Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket buraxılışlarını müzakirə ediblər. Tərəflər rəsmi Pxenyanın artan raket və nüvə fəaliyyətinin dünya ictimaiyyətinə açıq və ciddi çağırış olduğu qənaətindədirlər. Onlar həmçinin üç ölkənin KXDR-in tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq etmək niyyətini təsdiqləyiblər.

Daha əvvəl isə Şimali Koreya Yapon dənizinə səkkiz qısa mənzilli ballistik raket atıb. Hələlik hadisə ilə bağlı hər hansı dağıntı qeydə alınmayıb.

Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın ballistik raketi olduğu güman edilən raketin buraxması barədə məlumat verib. Sahil Mühafizəsi xüsusilə, Yaponiya dənizi zonasında ticarət gəmilərindən artan təhlükəsizlik tədbirlərinə riayət etməyi tələb edib. Qurum raketin üzən fraqmentlərinin aşkarlanacağı təqdirdə onlara heç bir halda yaxınlaşmamağa çağırıb.

Qeyd edək KXDR ilin əvvəlindən 23 raket sınağı keçirib. Bunlardan 6-sı qitələrarası raketlər olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki