image-reklam-veteninfo
image-1backend

ABŞ xüsusi təyinatlı qüvvələri Maduronun mühafizəçilərinin hamısını tərkisilah edib

image-reklam-veteninfo

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Venesuela Prezidenti Nikolas Maduronun mühafizəçilərinin əksəriyyətini öldürüb, dövlət başçısını və onun həyat yoldaşını isə əsir götürüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes məlumat verib. Nazir bildirib ki, ölkə ordusu demokratik asayişin qorunmasına zəmanət verir və öz funksiyalarını icra etməyə davam edir. Onun sözlərinə görə, Venesuela parlamenti yanvarın 5-dən etibarən normal rejimdə fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakas şəhərinə hava zərbələri endirib. Partlayışlar şəhərin müxtəlif ərazilərində, o cümlədən Karakasdakı hərbi bazalarda, Simon Bolivar beynəlxalq hava limanında, eləcə də Mayketiya şəhərində yerləşən La Quayra limanında qeydə alınıb.

ABŞ Prezidenti Donald Tramp daha sonra verdiyi açıqlamada Nikolas Maduronun və onun həyat yoldaşının ABŞ-a aparılacağını, Amerika ədaləti qarşısında cavab verəcəyini və bunun “bütün ağırlığını hiss edəcəyini” bəyan edib.

Bundan əlavə, Ağ Ev Venesuelada hakimiyyətin dinc və ədalətli şəkildə ötürülməsi üçün şərait yaradılana qədər ölkədə müvəqqəti Amerika administrasiyasının formalaşdırılacağını açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki