image-reklam-veteninfo
image-1backend

ABŞ yeni M1E3 Abrams tankını beş il tez hazırlayıb – Fox News

image-reklam-veteninfo

ABŞ Ukraynadakı müharibənin nəticələrini nəzərə alaraq M1E3 Abrams əsas döyüş tankının yeni modelinin hazırlanmasını sürətləndirib. Fox News-un məlumatına görə, proqram ilkin qrafikdən təxminən beş il irəlidə gedir və bu, dizayn və silahlanmada ciddi dəyişikliklərlə müşayiət olunur.

Bildirilir ki, ABŞ ordusu M1E3 layihəsini “hərbi inkişaf rejimi”nə keçirib. Əvvəllər ilk prototiplərin 2032-ci ildən tez təqdim olunmayacağı gözlənilsə də, hazırda ilk tank taqımının 2028-ci ildə əsgər sınaqları üçün istifadəyə verilməsi planlaşdırılır. M1E3 Abramsın prototipi bu ilin yanvarında Detroytda təqdim edilib.

Yeni M1E3 Abrams əvvəlki versiyalardan kəskin şəkildə fərqlənir. Tankın ekipajı üç nəfərə endirilib və onlar nəqliyyat vasitəsinin ən qorunan hissəsi olan gövdənin daxilində yerləşdirilib. Ənənəvi qüllə konstruksiyası ləğv edilib, idarəetmə isə kameralar, istilik görüntüləyiciləri və lazer məsafəölçənləri ilə təchiz edilmiş rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir.

Əsas dəyişikliklərdən biri Ukraynadakı döyüşlərdə həlledici faktora çevrilən pilotsuz uçuş aparatlarının geniş istifadəsinin nəzərə alınmasıdır.

M1E3 Abrams əvvəlki modellərdə istifadə olunan .50 və .30 kalibrli pulemyotlar əvəzinə məsafədən idarə olunan 30 mm-lik avtomatik topla təchiz ediləcək. Bu qərar dronların zirehli texnika üçün əsas təhlükələrdən birinə çevrildiyi Ukrayna müharibəsinin təhlilindən sonra verilib.

Yeni silah sistemi:

dronları və kamikadze sursatları effektiv şəkildə məhv etməyə,

yüngül zirehli texnikanı, o cümlədən piyada döyüş maşınlarını vurmağa,

lyukları açmadan atəş açmağa imkan verir ki, bu da ekipaj üçün riski azaldır.

Beləliklə, M1E3 həm dron əleyhinə müdafiə, həm də müasir döyüş əməliyyatları üçün universal platforma kimi nəzərdə tutulur.

Hibrid mühərrik və “səssiz rejim”

Yeni Abrams Caterpillar dizel mühərriki və elektrik rejimini birləşdirən hibrid sistemlə təchiz olunacaq. Bu isə tankın demək olar ki, səssiz işləməsinə, istilik izinin azalmasına və elektron müharibə vasitələrinin daha effektiv istifadəsinə şərait yaradır.

Tank həmçinin raketləri, qumbaraları və dronları ələ keçirə bilən aktiv müdafiə sistemi ilə təchiz ediləcək. Bu sistem hətta düşmən artilleriyasının mövqelərini müəyyən etməyə imkan verir.

Daha yüngül və daha mobil

Ənənəvi üst qüllənin ləğvi nəticəsində tankın çəkisi təxminən 80 tondan 60 tona endirilib. Bu dəyişiklik:

yanacaq səmərəliliyini 40 faizə qədər artırır,

Polşa və NATO-nun şərq cinahındakı ölkələrdə körpülərin təxminən 30 faizindən daha çoxunun istifadə edilməsinə imkan yaradır.

ABŞ niyə yeni tanka ehtiyac duyur?

ABŞ hərbi dairələrinin hesablamalarına görə, Ukraynada ciddi itkilər versə də, Rusiya hələ də ildə 1500-ə qədər tank istehsal etmək imkanına malikdir. Bu səbəbdən M1E3 Abrams Rusiyanı Şərqi Avropada çəkindirmək üçün əsas vasitələrdən biri kimi dəyərləndirilir.

Pentaqon ABŞ və Polşa bölmələrinin Rusiya sərhədləri yaxınlığında Abrams tankları ilə keçirdiyi birgə təlimlərə istinad edərək bildirir ki, “ərazi işğallarının qarşısını alan əsas amil məhz tanklardır”.

Qeyd edək ki,  Ukraynanın “Hərbi” nəşrinin təhlillərinə görə, M1E3 Abrams sələfi M1A2 SEP modelindən ciddi şəkildə fərqlənir. Xüsusilə şassi dəyişdirilib və üst zireh hissəsində inteqrasiya olunmuş elektron sistemlərə çıxış üçün nəzərdə tutulmuş yeni texniki konstruksiyalar müşahidə olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki