image-67backend

Abşeronda avtomobillə gənci vurub qaçan sürücü saxlanılıb

image-reklam_sirab_01

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də saat 18 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Atyalı qəsəbə sakini, 15 yaşlı S.Balakişiyeva vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü, Şamaxı rayon sakini H.Həsənov saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki