image-cipbackend

Adam öldürüb hadisə yerindən qara ciplə qaçan azərbaycanlı axtarılır

image-reklam_sirab_01

Rusiyanın Peterburq şəhərinin polisi şəhərdəki kafelərdən birində adam bıçaqlayıb hadisə yerindən qara rəngli ciplə uzaqlaşan azərbaycanlını axtarır.

Hadisə fevralın 3-də gecə saat 3.30 radələrind baş verib. Şəhərdəki “Vodopad” kafesində naməlum şəxs mübahisə zəminində 50 yaşlı Rusiya vətəndaşını bıçaqla sinəsindən vurub. Şahidlər yaralını xəstəxanaya çatdırıblar, amma onun artıq keçindiyi məlum olub.

Polis kafedəki davada iştirak edənlərdən beş nəfəri saxlayıb. Onlardan üçü Azərbaycan vətəndaşıdır və barələrində xırda xuliqanlıq maddəsi ilə inzibati cəza tədbiri görülüb. Bıçaqla adam vuran isə 44 yaşlı Azərbaycan vətəndaşıdır, onun qara rəngli “Mitsubishi Pajero Sport” avtomobili ilə hərəkət etdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image