image-adilbackend

Adil Əliyev: “5-ci kolon” barədə son geniş müsahibəm Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə…

image-reklam_sirab_01

“Əziz soydaşlarım, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son geniş müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşçül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar”.

Vətəninfo.az xəbər verir ki, bu açıqlama ilə Milli Məclis sədrinin müavini Adil Əliyev çıxış edib.

Vitse-spiker bilidirib ki, bir daha əmin olub ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər: ” Eyni mərkəzdən idarə olunduqları aşkardır. “Texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər. Deməli xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar. Dövləti və milləti düşünən kəs və internet kanal məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar. Onların buna marağı yoxdur”.

Adil Əliyev bildirib ki, o və yaxınları prezidentin və dövlətin siyasətinə sadiqdir, çalışdıqları vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edir, buna qarşı çıxanlara qarşı isə mübarizələrin davam etdirirlər: “Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı. Bu mübarizədə prezidentin yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolona” və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir. Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki