image-52backend

ADU-da seminar

image-reklam_sirab_01

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çinin oyma möhürləri” mövzusunda seminar keçirilib.

 

Universitetdən Modern.az-a verilən məlumata Seminarı giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov rəssamlıq, xəttatlıq və poeziya ilə yanaşı, ənənəvi olaraq Çinin mədəni irsini təşkil edən dörd unikal sənətindən biri sayılan Çin oyma möhürlərinin tarixindən danışıb. O, həmçinin qeyd edib ki, oyma çap sənəti möhürlərə mətn həkk etmək, oyma çapın ölçüsünü və görünüşünü müəyyən etmək üçün istifadə olunan kalliqrafik şriftlərlə sıx bağlıdır.

 

Möhürlər həm də siyasətdə istifadə edilən, vassal münasibətlərin formasını müəyyən edən və Çin ənənəvi “Qoxua” rəsminin bir hissəsidir.

 

Seminarda çıxış edən ADU-nun çinşünas tələbələri möhürlərin insanın sosial statusunu və onun imperator Çinində dövlət iyerarxiyasındakı yerini müəyyənləşdirmək üçün əhəmiyyətindən, möhür və onun tərkib hissələrinə heroqliflərin yerləşdirilməsi üsullarından, Çin möhürlərinin hazırlanması üçün əsas materiallardan danışıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image