Vətəninfo.az xəbər verir ki, Ağ Evin mətbuat katibi jurnalistin sualına cavab olaraq bildirib: “Tramp Şimali İraqdakı hərbi bazamız barədə kürd liderləri ilə danışıb. Lakin Trampın hər hansı bir qrupu silahlandırmağa razılıq verdiyi haqda yayılan məlumatlar tamamilə yalandır”.
Bu gün səhər bəzi media orqanları Trampla İran Kürdüstan Demokrat Partiyasının (KDPI) rəhbəri Hicri arasında “çox müsbət telefon danışığı” barədə məlumat yayıb.


























