image-12backend

“Ağ ölüm” adlı tamaşa səhnələşdirildi – Fotolar

image-reklam_sirab_01

12 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin, Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə narkomaniyaya yox deyək şuarı altında “Ağ ölüm” teatr tamaşası nümayiş olunub.

 

Modern.az xəbər verir ki, tamaşadan öncə açılış nitqi ilə Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru, iqtisad elmləri doktoru professor Aygün Quliyeva çıxış edib.

 

Qonaqları salamlayan A. Quliyeva bildirib ki, “Bu gün ölkəmiz üçün ən böyük təhlükə olan və son dövrlərdə dayanmadan artan narkomaniya bəlası ilə bağlı universitetimizin tələbələrini maarifləndirmək məqsədilə bu tədbiri həyata keçiririk və gələcəkdə də universitetin illik tədbirlər planında bu mövzuda kifayət qədər tədbirlər keçirilməsi nəzərdə tutulur. Fürsətdən istifadə edərək başda cənab nazir general-polkovnik Vilayət Eyvazov olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına xüsusi təşəkkürümü bildirirəm ki, bu sahədə son aylar ərzində dövlət səviyyəsində çox ciddi işlər aparılır, yerli orqanlara tapşırıqlar verilir və narkotik vasitələrin yayılması əleyhinə uğurlu əməliyyatlar keçirilir. Vətən Müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda xalq olaraq göstərdiyimiz həmrəylik bir daha sübut etdi ki, biz birlik nümayiş etdirdiyimiz təqdirdə istənilən məsələdə qələbə qazana bilərik. Narkomaniya ilə mübarizə insanlıq borcudur, hər birimiz əl-ələ verib bu bəşəri bəla ilə ciddi mübarizə aparmalı, bütün ətrafımızda olan şəxsləri maarifləndirməliyik.” – deyən Aygün Quliyeva çıxışında bu mövzuda maarifləndirmə işlərinin aparılmasında xüsusi dəstək göstərdikləri üçün Nərimanov Rayon Gənclər və İdman İdarəsinə, eləcə də pandemiya qapanmalarından sonra ilk tamaşasını Kooperasiya Universitetində səhnələşdirən Gənc Tamaşaçılar teatrına təşəkkürünü bildirib.

 

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis-polkovniki İbrahim İsmayılov, həmin şöbənin baş inspektoru Kəmalə Ələkbərova, təqaüddə olan polis-polkovniki leytnantı Məryam Ömərova və “Ağ ölüm” teatr tamaşasının quruluşcu rejssoru Ayla Osmanova çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

 

Çıxışlardan sonra “Ağ ölüm” tamaşası Gənc Tamaşaçılar Teatrının istedadlı aktyor və aktrisaları tərəfindən nümayiş olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki