Ağcabədi rayonunun fərdi yaşayış evində yanğın olub.
Vətəninfo.az-ın məlumatına görə, hadisə gecə satlarında Hindarx qəsəbəsində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Nəticədə evdə 3 nəfər – 1990-cı il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, onun 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızı yanaraq ölüb.
Yanğın söndürülüb.
Xatırladaq ki, K.Kərimov keçmiş polis əməkdaşı olub. O, 6 ay əvvəl öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.