image-rh-2backend

AMEA-nın prezidenti görkəmli türkiyəli alimlə görüşüb

image-reklam_sirab_01

Noyabrın 16-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görkəmli türkiyəli alim, Hacettepe Universitetinin professoru və Türk Dil Qurumunun keçmiş başqanı Şükrü Haluk Akalınla görüşüb.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli əvvəlcə professor Şükrü Haluk Akalını AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Fəxri doktoru seçilməsi münasibətilə təbrik edib, görkəmli alimə yeni yaradıcılıq uğurları arzulayıb.
Ortaq söykökə, dilə, dinə, mədəniyyətə sahib olan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin tarixindən bəhs edərək Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməsindən sonra Türkiyə ilə əlaqələrin genişləndiyini deyən AMEA rəhbəri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb və Ümummilli Liderin qardaş dövlətlə qurduğu sıx iqtisadi, siyasi, hərbi, ədəbi, elmi, mədəni münasibətlərdən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri nəticəsində ölkələrimiz arasında münasibətlər bu gün özünün yüksəliş dövrünü yaşayır. Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycanın Vətən müharibəsində döyüşlərin başladığı ilk saatlardan öz qətiyyətli mövqeyini ortaya qoyması, ölkəmizə verdiyi siyasi dəstəyin Azərbaycanın mütləq Zəfərində mühüm rol oynadığını xüsusi vurğulayan AMEA rəhbəri, həmçinin qardaş ölkənin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan geniş quruculuq işlərində yaxından iştirak etdiyini söyləyib.
Akademik İsa Həbibbəyli ölkələrimiz arasındakı elmi əlaqələrdən danışaraq bildirib ki, bu gün AMEA TÜBİTAK-la sıx əməkdaşlıq edir, müştərək layihələr həyata keçirilir, eləcə də Akademiyanın elmi müəssisə və təşkilatları Türkiyənin müvafiq elmi qurumları ilə birgə tədqiqatlar aparır.
Professor Şükrü Haluk Akalın isə öz növbəsində akademik İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. Bu gün iki qardaş ölkə arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafından məmnunluğunu dilə gətirən türkiyəli professor elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, akademik İsa Həbibbəyli bir gün əvvəl Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçla da AMEA Rəyasət Heyətində görüşüb.

image-rh-2 image-rh

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image