image-img-20220617-wa0036backend

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu keçirildi

image-reklam_sirab_01

“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu keçirildi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.

Veteninfo xəbər verir ki, Forumda Türkiyənin televiziya rəhbərləri, tanınmış jurnalistləri, köşə yazarları – “Ülke TV”nin rəhbəri Həsən Öztürk, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Türkiyə” qəzeti yazarı Rahmi Ər, “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı, “KonTV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy iştirak ediblər.

Forumu açıq elan edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirakçıları salamlayaraq onlara qatıldıqları üçün təşəkkür edib. Aqil Ələsgər Forumun önəminə diqqət çəkib və hər iki ölkə mediasının birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb:

“Azərbaycan və Türkiyə arasında qardaşlıqdan strateji müttəfiqliyə keçid var. İnanırıq ki, bizim bu Forum da yeni iş birliklərinə imkan açacaqdır. Verdiyi dəstəyə görə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə təşəkkürümüzü bildiririk”.

Çıxış edən AYD sədri Sinan Burhan informasiya savaşında güclü olmağı zamanın tələbi kimi qeyd edib:

“Bu gün burada çox önəmli toplantı reallaşdırırıq. Toplantının önəmi Türkiyə-Azərbaycan qardaşlığının köklərinin dərində olmasından qaynaqlanır. Qarabağ zəfəri zamanı informativ savaş yaşandı. Bizim burada üzərimizə düşən vəzifə budur ki, informasiya savaşında güclü olmalıyıq. Əgər bu mənada uğur qazanmazsanız, haqlı ikən haqsız duruma düşə bilərsiniz”.

ATEV sədri Tənzilə Rütsəmxanlı isə çıxışında Azərbaycanla-Türkiyənin tarixi bərabərliyini diqqətə çatdırıb, hər iki ölkə arasında ruh bağının olduğunu vurğulayıb:

“Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi bu qədər birlikdə olmamışdı. Türkiyə hər bir zaman Azərbaycanın yanında oldu. Azərbaycan da Türkiyənin olmadığı yerdə “Mən varam” dedi. Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var. Nuri Paşanın əsgərlərinin ruhu bayrağımızın üstündədir. Azərbaycan da Çanaqqala savaşında Türkiyə üçün şəhid verib. Bizi şəhidlərimizin ruhu da bağlayır”.

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı media sahəsində dezinformasiyanın aktual problem olduğunu bildirib. Səfir qeyd edib ki, bu kimi layihələr akademik çevrələrdə də təşkil edilməlidir:

“Həqiqətən, Forumu son dərəcə önəmli bir dönüm nöqtəsində gerçəkləşdiririk. Bu da Şuşa Bəyannaməsinin birinci ildönümünü yaşamağımızdır. Belə layihələrin yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir. Yoxsa dezinformasiya və məlumat çirkliliyi beyinlərimizi zəhərləməkdədir. Buna görə də aktiv olmalı, daha çox əmək sərf etməliyik”.

Rəsmi çıxışlardan sonra Forum öz işini  “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib. Müzakirələrdə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər, türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə Şuşaya səfər təşkil ediləcək. Səfərdə jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaqdır.

image-img-20220617-wa0046 image-img-20220617-wa0043 image-img-20220617-wa0045 image-img-20220617-wa0044 image-img-20220617-wa0039 image-img-20220617-wa0041 image-img-20220617-wa0040 image-img-20220617-wa0047 image-img-20220617-wa0042 image-img-20220617-wa0037 image-img-20220617-wa0036 image-img-20220617-wa0038


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki