image-1backend

Anar Rzayev: “Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb”

image-reklam_sirab_01

Bakıda qaydalara riayət etməyən 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb.

Vətəninfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və yaxud sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Bundan başqa, A.Rzayev deyib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı var, amma onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi, eyni zamanda, yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image