Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Milli Avtomobil Daşıyıcıları Assosiasiyaları rəhbərlərinin təsisat iclası keçirilib.
Vətəninfo.az bu barədə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyinə istinadən xəbər verir.
Məlumata görə, toplantıda müzakirə edilən əsas məsələ “Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi”nin (TDT-URTA) yaradılması ilə bağlı olub. İştirakçı tərəflər Birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyib.
Tədbirdə ölkəmizi ABADA-nın rəhbəri Həbib Həsənov təmsil edib.