image-reklam-veteninfo
image-8backend

Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir

image-reklam-veteninfo

Payız-qış mövsümü ilə əlaqədar olaraq Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki yenilənir.

Veteninfo.az bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.

Məlumata əsasən, 11 oktyabrdan etibarən qatar – Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü yola düşəcək.

Biletlər və hərəkət cədvəli haqqında məlumatı (www.ady.az) saytımızdan, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki