image-reklam-veteninfo
image-3backend

Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək

image-reklam-veteninfo

Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb.

Veteninfo.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC birbaşa satınalma həyata keçirib.

Layihələndirmə işlərini İtaliyanın “ArtCloud Network International s.c.r.l” şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki