“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın qurulmasına tərəfdardır”.
Vətəninfo.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.
“Əminəm ki, Ermənistan, Azərbaycan və Gürcüstan arasında münasibətlərin qurulması üstünlüklər yaradır”, – o deyib.
A.Linde vurğulayıb ki, ATƏT bu istiqamətdə addımlar atmağa və bu prosesə töhfə verməyə hazırdır.