image-1642403224_tuncayla_aqilbackend

Aqil Abbasın oğluna töhmət verilib? – DİN-dən AÇIQLAMA

image-reklam_sirab_01

Bu gün yerli mətbuatda deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasova töhmət verilməsi ilə bağlı xəbər yayılıb.

Veteninfo.az xəbər verir ki, bununla bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Facebook”da yazdığı statusda məlumatın yanlış olduğunu bildirib:

“Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki