image-mehkeme_-1backend

Arvadına sürpriz etmək istədi, 18 min manatı əldən getdi – Bakıda DƏLƏDUZLUQ

image-reklam_sirab_01

Bakıda həyat yoldaşına ali məktəb diplomu hədiyyə etmək istəyən kişi dələduzluqla üzləşib.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl paytaxt sakini Anar Qasımov polisə müraciət edərək bildirib ki, Rəhman və Rəşid adlı şəxslər onu aldadaraq 18 min manat pulunu ələ keçiriblər.

Şikayətçi qeyd edib ki, həyat yoldaşından xəbərsiz ona Ukraynanın Xarkov Universitetinin ali təhsil haqqında diplomunu hazırlatmaq istəyib. Bu işdə ona Rəhman adlı şəxs Kürdəmir rayon sakini olan 1975-ci il təvəllüdlü Rəşid Dadaşovu məsləhət görüb. Həmin şəxslər qısa vaxtda diplomu hazır ediblər və Azərbaycanda sənədin təsdiq edilməsi üçün pul istəyiblər. Rəşid Təhsil Nazirliyinin diplomu təsdiq etməyəcəyi halda, məhkəməyə müraciət edəcəyini deyib və Rəhman vasitəsilə 18 min manat alıb.

Lakin sonradan Rəşidin yalan danışması, pulları ələ keçirməsi və heç bir vədinə əməl etmədiyi məlum olub.

Sonradan Rəşid Dadaşovun başqa şəxslərə qarşı da oxşar əməllər törətdiyi müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid 10 il həbs cəzasına məhkum edilib. Anar Qasımovun şikayəti əsasında açılan cinayət işi üzrə məhkəmə prosesi Suraxanı rayon Məhkəməsində keçirilib. Məhkəmənin hökmü ilə Rəşid Dadaşovun cəzası daha da ağırlaşdırılıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi üzrə də təqsirli bilinib və cəzası 1 il artırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image