Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan qalmaqallı bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Vətəninfo.az-ın xəbərinə görə, prosesdə son söz söyləyən Ata Abdullayev zərərçəkmiş şəxslərin heç birindən pul tələb etmədiyini deyib. Abdullayev günahının nədən ibarət olduğunu söyləyib. O, deyib ki, buna görə dəfələrlə üzr istəyib, bir daha da üzr istəyir.
Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.
İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. O, CM-in 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.
Abdullayev 2004-cü ildə hərbi xidmətdən yayınma, 2014-cü ildə isə online oğurluğa görə məhkum edilib.