image-reklam-veteninfo
image-9b47c851-2d24-4005-b89a-0af5d890821c_850backend

ATƏT sabah Rusiya-Ukrayna məsələsinə görə təcili toplanır

image-reklam-veteninfo

Sabah-fevralın 18-də Polşanın sədrliyi ilə ATƏT-in Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə xüsusi iclası keçiriləcək.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyindən bildirilib.

İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq.

Toplantıda Rusiya ilə Ukrayna sərhədindəki durum müzakirə olunacaq.

Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki