image-reklam-veteninfo
image-1backend

İş səfərindən vaxtından əvvəl qayıtdı, evində dəhşətli mənzərə ilə qarşılaşdı: İş adamı öldürüldü 

image-reklam-veteninfo

Türkiyədə 49 yaşlı iş adamı Fedai Karagöz evində əlləri və ayaqları bağlanmış vəziyyətdə ölü tapılıb. Hadisə ilə əlaqədar onun həyat yoldaşı və iki kişi saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, ilkin məlumata görə, iş səfərindən gözləniləndən tez qayıdan Karagöz evində həyat yoldaşını iki kişi ilə görüb. Bundan sonra tərəflər arasında mübahisə və qarşıdurma yaranıb.

Evdən gələn dava və səs-küyü eşidən qonşular polisə məlumat veriblər. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qapının açılmaması səbəbindən çilingərin köməyi ilə mənzilə daxil olan əməkdaşlar iş adamını qonaq otağında əlləri və ayaqları iplə bağlanmış vəziyyətdə aşkar ediblər.

Fedai Karagözün meyiti ekspertizaya göndərilib. İlkin yarılma hesabatına əsasən, onun bədənində döyülmə izləri aşkarlanıb və boğularaq öldürüldüyü müəyyən edilib.

Hadisə zamanı evdə olan həyat yoldaşı və iki kişi polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam edir. Hadisənin dəqiq səbəbləri və saxlanılan şəxslərin cinayətdə iştirakının olub-olmaması istintaqın nəticəsində müəyyən ediləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki