image-reklam-veteninfo
image-1backend

İki şagirdə cinsi zorakılıq edən keçmiş müəllim həbs olundu

image-reklam-veteninfo

İngiltərədə 1980-ci illərin sonlarında işlədiyi oğlan məktəbində 14-15 yaşlı iki şagirdə qarşı cinsi zorakılıq törətməkdə təqsirli bilinən 65 yaşlı keçmiş kimya müəllimi Salli-Ann Bouen həbs edilib.

Vətəninfo.az xəbər verir ki, Şimali Londonun Finçli rayonunda yerləşən Christ’s College məktəbində çalışan Bouen iki şagirdə qarşı yeddi ayrı cinsi təcavüz epizodunda təqsirli bilinib.

Məhkəmə prosesində zərərçəkənlərdən biri zorakılığın aylarla davam etdiyini və müəlliminin evinə mütəmadi olaraq getdiyini bildirib. O, Bouenin baş verənləri heç kimə danışmaması üçün ona təzyiq göstərdiyini də qeyd edib. Zərərçəkmişlərin kimliyi qanunla qorunur.

Məhkəmədə ifadə verən keçmiş şagird Tobias Oliver isə Bouenin dərs zamanı tez-tez cinsi məzmunlu söhbətlər açdığını, şagirdlərlə flört etdiyini söyləyib. Onun sözlərinə görə, müəllim kimya dərslərində mövzudan kənara çıxaraq cinsi xarakterli müzakirələr aparırdı.

Bouen isə ona qarşı irəli sürülən ittihamları rədd edib. O, şagirdlərlə flört etmədiyini, sadəcə mehriban davrandığını iddia edib.

Girov müqabilində azadlıqda olan keçmiş müəllim noyabrın 20-də Harrow Kral Məhkəməsində keçirilməli olan hökm dinləməsinə qatılmayıb. Bundan sonra onun barəsində həbs qərarı çıxarılıb.

Polis əvvəlcə Boueni Hertfordşirdəki evində tapa bilməyib. Lakin o, həmin gün Hempşir bölgəsində saxlanılıb. Noyabrın 21-də məhkəmə qarşısına çıxarılan 65 yaşlı qadın həbs edilib.

Bouenin hökmünün elan olunması üçün yenidən məhkəməyə çıxarılması planlaşdırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki