“Azərbaycanda soyuq zəncir sisteminin gücləndirilməsi istiqamətində səhiyyə qurumlarına təhvil vermək üçün avadanlıqlar sifariş verilib. Sifarişlər yaxın müddətdə Azərbaycana gətiriləcək”.
Veteninfo.az xəbər verir ki, bunu Avropa İttifaqının maliyyələşdirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin rəhbəri Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, həmçinin Azərbaycanın səhiyyə müəssisələrində soyuq zəncir sisteminin inventarlaşdırılması prosesinə hazırlıq görülür:
“Bu proses ÜST-ün onlayn proqramından istifadə etməklə həyata keçiriləcək. Tezliklə səhiyyə müəssisələri soyuducu qurğulu nəqliyyat vasitələri, dondurucu, soyuq qutular, vaksin soyuducusu, peyvənd daşıyıcısı, temperatur monitorinq cihazları və elektron donma indikatoru ilə təmin ediləcək”.