image-reklam-veteninfo
image-timthumbbackend

Avropadakı iğtişaşlarda Rusiyanın izi axtarılır: İtaliya hakimiyyəti araşdırmaya başladı

image-reklam-veteninfo

İtaliya hakimiyyəti Milanda və digər Avropa şəhərlərində baş verən zorakı etirazlarda Rusiyanın və ya başqa xarici qüvvələrin rolunun olub-olmadığını araşdırır.

Vətəninfo.az xəbər verir ki, Bloomberg agentliyinin vəziyyətlə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Baş nazir Corcia Meloninin rəhbərlik etdiyi hökumət iğtişaşlarda xarici təxribatçıların mümkün iştirakı ilə bağlı məlumat tələb edib. Baş nazirin nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Məlumata görə, oktyabrın 17-18-də İtaliyanın bir neçə şəhərində hökumət əleyhinə və yüksək məbləğdə vəsait tələb olunan məsələlərlə bağlı etiraz aksiyaları keçirilib. Ən ciddi toqquşmalar Milanda qeydə alınıb.

Şəhərdə 300-dən çox insanın həbs olunduğu, onlardan təxminən 50-nin saxlanıldığı bildirilir. Toqquşmalar zamanı 110-dan çox hüquq-mühafizə orqanı əməkdaşı tibbi yardıma ehtiyac duyub.

Baş verən hadisələr fonunda İtaliyada təhlükəsizlik tədbirləri və hərbçilərin şəhərlərdə iştirakı da diqqət mərkəzinə gəlib. Ölkədə 2008-ci ilin avqustundan fəaliyyət göstərən “Strade Sicure” əməliyyatı çərçivəsində hərbçilər şəhərlərdə patrul xidməti həyata keçirir və mühüm obyektləri qoruyurlar.

Əvvəlcə üç min hərbçinin cəlb olunduğu əməliyyatın miqyası sonrakı illərdə genişləndirilib. Hazırda bu çərçivədə İtaliya üzrə təxminən 6800 hərbçinin xidmət etdiyi bildirilir.

Qeyd edək ki, etirazlarda Rusiyanın və ya digər xarici qüvvələrin iştirakına dair iddialar hələlik araşdırılır və onların təsdiqlənməsi barədə rəsmi nəticə açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki